• 23 Noyabr 2024 00:28

“İlham Əliyev milli qəhrəmandır”

“İlham Əliyev milli qəhrəmandır”

İkinci Qarabağ müharibəsində qələbənin nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev sadəcə lider deyil, milli qəhrəmandır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov “Telegram” kanalında yazıb.

“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin dərsləri” başlıqlı yazıda rusiyalı ekspert Prezident İlham Əliyevin bir sıra vəzifələri həll etdiyini bildirib:

“1. İqtisadi artım, bu, ordu üçün əsas idi.

2. Neft və qazdan əldə olunan gəlirləri talamağa imkan vermədi. Bu, iqtisadiyyat üçün əsas idi.

3. Müasir ordu yaratdı. Silahların çoxu Rusiyadandır. Pilotsuz uçuş aparatları isə Türkiyədəndir.

4. Diplomatik olaraq… Ermənistan Azərbaycanın neft-qaz infrastrukturuna raket zərbəsi endirərsə, Türkiyə əsas müttəfiq kimi hətta öz qoşunlarını da göndərməyə hazır idi. Bu, Türkiyənin başlıca töhfəsi idi. Rusiya və bütün KTMT ölkələri bitərəf mövqe tutdular ki, bu da əslində Azərbaycanın xeyrinə idi. Bütün beynəlxalq təşkilatlar, dövlətlər Qarabağın Azərbaycan olduğunu tanıyıb. Demək olar ki, bütün müsəlman ölkələri Azərbaycana fəal dəstək verdilər.

5. İlham Əliyev millətin siyasi iradəsini möhkəmləndirdi. 25 ildir ki, həmişə hər yerdə deyirdilər ki, Qarabağ Azərbaycandır.

Qələbənin nəticəsində İlham Əliyev sadəcə lider deyil, milli qəhrəmandır və problemləri həll etmək üçün dünyada bir çoxları üçün nümunədir”, – Markov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər