• 07 Noyabr 2024 10:23

İran ilk dəfə olaraq Rusiyaya dronların tədarükünü tanıyıb

 

İran ilk dəfə olaraq Rusiyaya dronların çatdırıldığını etiraf edib, lakin onların Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib. 

Bu barədə “Reuters” xəbər verir.

İranın xarici işlər naziri Hüseyn Abdullahiyan deyib ki, “az sayda” pilotsuz təyyarələr Rusiyanın Ukraynaya müdaxiləsinə başlamazdan əvvəl, aylar öncə çatdırılıb.

Abdullahiyan əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə İran PUA-larından istifadə etdiyi sübut olunarsa, Tehran “laqeyd qalmayacaq”. Onun sözlərinə görə, İran və Ukrayna arasında bu cür sübutların təqdim edilməsi ilə bağlı razılaşma var.

Avqustun sonunda “The Washington Post” qəzeti yazıb ki, İranın ilk dronları Ukrayna ilə müharibə zamanı istifadə üçün Rusiyaya gəlib. İran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını dəfələrlə təkzib edib.

Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran dronlarından istifadə etməkdə ittiham edir. Ukrayna tərəfi hərbçilərin İran istehsalı olan 300-dən çox qurğunu vurmağa müvəffəq olduğunu bildirib. Rusiya isə İran silahlarından istifadə ittihamlarını rədd edir.

Tacxeber.com

Oxşar xəbərlər