• 27 İyul 2024 04:08

Namiq Vüqarın fikirlərinə ETİRAZ ETDİ: “Kökündən yalnışdır” – VİDEO

Meyxanaçı Vüqar Əbdülovun “O zamanlar Namiq Qaraçuxurlu bizdən qabağa düşdü. Yazı və meyxana etibarı ilə çalışdım, ortalığa meyxana çıxardım. Əgər mahnı olsaydı… Namiq ikinci addımında artıq Könül Kərimova ilə mahnı oxudu. Amma mən çalışdım ki, o meyxana qalsın” sözlərinə həmkarı Namiq Qaraçuxuqludan sərt reaksiya gəlib.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Özəl” verilişində həmkarının fikirlərinin kökündən yalnış olduğunu bildirib.

Namiq Vüqarı haqqında səhv informasiya yaymasında ittiham edib.

“Vüqarın səsləndirdiyi fikirlər kökündən yalnışdır. Ola bilər ki, diqqət ayırmayıb. Könül xanımla duet meyxanadır. Orada mənim “partiyam” sırf meyxanadır. Hətta Aygün Kazımova ilə duetimdə də “partiyam” sırf meyxanadır.

Elə şey var ki,  mən yaşaya-yaşaya, görə-görə tarixi dəyişirlər. Meyxana aləminə gələndə qarşıma məqsəd qoymuşam ki, meyxanaya xidmət edim. Gedin, mənim o dövrdə çıxartdığım albomlara baxın. Birinci albomu mən çıxardırdım, arxamca isə Aqşın və Elşən.

Onlar demək olar ki, sırf mahnı oxuyurdular. Mənim albomlarımda isə doqquzu sırf meyxana, biri isə mahnı olub. Mahnıya mən Aygün Kazımova ilə üçüncü duetdə keçmişəm. Daha sonrakı illərdə meyxanadan uzaqlaşıb, keçmişəm sırf mahnıya. Vüqarın ifadələri yalnışdır.

Elə Könül Kərimovla olan “Cavanlıq səhvi” albomuna diqqətlə baxsanız görərsiniz ki, hamısı orada meyxanadır. Vüqar bir dəfə də efirdə çox böyük yalnışlığa yol verib. Nizami Rəmzi yazıb:

“Bu siçan “serıy” sıçan. Ağasəlim Çıldaq isə cavab verib “Bu pişik, qara pişik”. Güya sonra Vüqar yazıb “Ata, sən özün cavan olmamısan” sonra isə mən cavab olaraq yazmışam “Papanın gül balası”. Bu qədər yalan olmaz axı.

“Papanın gül balası”nı oxuyanda Vüqar arxamca onu təkrarlayıb. “Papanın gül balası” nəinki meyxanaçılara yeni mövzu verdi, hətta p mövzuda mahnılar belə təqdim olundu. Abbas Bağırov belə “Balamın bal balası” mahnısını oxudu.

Bu mövzunu dəbə mən gətirmişəm. Məndən sonra Vüqar “Ata, sən özün cavan olmamısan”. Hər zaman deyirəm ki, adam nəyisə unuda bilər və ya qəsdən nəsə deyə bilər. Adamın gərək çevrəsində insanlar olsun ki, doğrunu desin”, – deyə Namiq Qaraçuxurlu fikirlərini ifadə edib.

Tacxeber.com

Oxşar xəbərlər