Anqarskda yaşlı yerli sakin hərbi komissarlığın binasını yandırmağa cəhd edib.
Hadisə 2022-ci il noyabrın 7-də axşam saatlarında baş verib.
Məlumata görə, 60-70 yaşlarında olan qadın 17-ci Mikrorayon küçəsində yerləşən binaya yaxınlaşaraq 3 ədəd “Molotov kokteyli” atıb. lakin onların heç biri alovlanmayıb.
Yanğın törətmək cəhdində şübhəli bilinən şəxs artıq həbs edilib. Qadının kimliyi və hərəkətlərinin motivləri hələlik açıqlanmayıb.