• 18 Oktyabr 2024 14:21

Ən sürətli futbolçuların adları açıqlandı

Ən sürətli futbolçuların adları açıqlandı

Çempionlar Liqasında 2022/23 mövsümünün qrup mərhələsinin ən sürətli futbolçularının siyahısı açıqlanıb.

Tacxeber.com UEFA-nın saytına istinadən xəbər verir ki, ilk pillədə “Şaxtyor”dan (Donetsk, Ukrayna) Mixailo Mudrikdir – 36,6 km/s sürət. “Barselona”dan Usman Dembele 2-ci (36,6 km/s), “Milan”dan Rafael Leau isə 3-cüdür (36,5 km/s).

ÇL-də qrup mərhələsinin ən sürətli futbolçuları:

1. Mixailo Mudrik (“Şaxtyor”, Donetsk, Ukrayna) – 36,6 km/s

2. Usman Dembele (“Barselona”, İspaniya) – 36,6 km/s

3. Rafael Leau (“Milan”, İtaliya) – 36,5 km/s

4. Federiko Valverde (“Real”, İspaniya) – 36,3 km/s

5. Nuno Tavares (“Marsel”, Fransa) – 36,2 km/s

6. Alfonso Deyvis (“Bayern”, Almaniya)  36,2 km/s

7. Kərim Adeyemi (“Borussiya”, Dortmund, Almaniya) – 36,1 km/s

8. Mussa Diabi (“Bayer”, Leverkuzen, Almaniya) – 36,1 km/s

9. Rafa Silva (“Benfika”, Portuqaliya) – 35,9 km/s

10. Teo Ernandes (“Milan”, İtaliya) – 35,7 km/s

Tacxeber.com

Oxşar xəbərlər