“Zəfər anlarını Allah bizə çox görməsin. Şəhidlərimizin ruhu şad olsun. Onların əməyi yerdə sayılmasın. Bəli, bu onların canları hesabına qurulan zəfər günüdür. Qazilərimizin əzələlərinin, bədənlərinin yarısının torpaqda olmalarının hesabına biz bu günləri qazanmışıq. Mən çox xahiş edirəm, biz bu birliyi, indiki yumruğu heç vaxt zəiflətməyək. Sən nə istəsən də, nə etsən də, nə qədər pullu, ağıllı olsan da öz vətənindən başqa hər bir vətəndə yalnız insan simasında ola bilərsən”.
Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.
“Əlbəttə ki, sevinirik, amma açıq etiraf edim ki, ürəkdən sevinə bilmirik. Niyə? Çünki şəhidlər hələ də davam edir, hələ də Zəngəzur dəhlizi, hələ də müəyyən o ifritlərin yaşadıqları Azərbaycan torpaqları, Xankəndi onlardadır, ürəkdən sevinmək qeyri-mümkündür. Mənim xalqım eqoist deyil, deməz ki, öz torpağımda ancaq özüm olmalıyam. Hərçənd bunu onlar etdilər. Amma özü-öz torpaqlarında olmasalar da. Mən onlara inanmıram, inanmayacam da və mübarizəni axıra qədər etmək lazımdır. İnsanlardan bir xahişim də var. Elədiyi işə görə mənim millətimə təriflər yağdırılırsa, bu o demək deyil ki, onlar heç bu işə məsuliyyətli olmayan və yaxud da bu işdən umduqları insanlardan həddindən-ziyadə çox tələbat var. Suallar verirlər, hamısının müsbət cavablarını istəyirlər, bu düzgün deyil. Biz birik, bir də çəkməliyik. Bir yaşamalıyıq, bir olmalıyıq, amalımız da birdir. Mən əlbəttə heç kəsin haqqının tapdalanmasını istəmirəm, istəməyəcəm də. Lakin, müəyyən qədər fikirləşmək lazımdır ki, biz hələ müharibəni bitirməmişik. Niyə bitirməmişik? Çünki erməni bitirməyib. Görürsünüz ki, Laçın dəhlizində silah tutulub, sülhməramlılar onlara kömək edib. Biz bilirik ki, bu işi törədən kimdir. Ermənini obraz kimi çox şişirdirik, amma bu erməni deyil, bizimlə vuruşan, bizim düşmənimiz erməni deyil. Mənə sual verə bilərlər ki, əgər erməni deyilsə niyə bəs o dövlətə öz sözümüzü deyə bilmirik? Bir şeyi yaddan çıxartmayaq. Düzdü bu mənim səlahiyyətimdə olan məsələ deyil, lakin mən də öz-özlüyümdə fikirləşirəm, görürəm, mübadilə edirəm. Siyasət yaddan çıxmasın. Hər şey gördüyünüz kimi deyil” deyə sənətkar bildirib.