İnsan psixologiyasını necə gücləndirmək olar? – 4 təsirli üsul
Sağlamlıq problemləri, iş və ya təhsillə bağlı narahatlıqlar, emosional cəhətdən zərər verən hadisələr…
İnsanlar psixologiyasına mənfi təsir edəcək bir çox problemlərlə üzləşirlər. Nə qədər ki, həyat davam edir, bu həmişə belə olacaq. Bəzi hadisələrin öhdəsindən asanlıqla gəlinsə də, bəzən emosional olaraq onlara təsir etməyə davam edir.
Bəs, özünüzü bu neqativlərdən ən sağlam şəkildə qorumağın yolları hansılardır?
Həyatda rastlaşdığımız xoşagəlməz hadisələrə rəğmən psixologiyamızı necə güclü saxlaya bilərik?
Sfera.az bu suallara cavab olaraq, çox güclü psixologiyaya sahib olmağın 4 asan və təsirli yolunu təqdim edir:
Dərin nəfəs
Səhər oyandığınız zaman dərindən nəfəs alın və 5 dəqiqə də olsa özünüz haqqında düşünməyə vaxt ayırın.
“Mən bu gün öz vəzifələrimi yerinə yetirə bilərəm, əlimdən gələni edirəm” və ya “Bu gün özümü necə hiss edirəm, həqiqətən nə istəyirəm?” Özünüzə suallar verə bilərsiniz.
Mənfi fikirlərdən uzaqlaşın
Sizi xoşbəxt edən işlərlə məşğul olun, sizin üçün yaxşı olan insanlarla görüşün. Mənfi emosiyalardan yayındıran şeylərlə qısa müddətlik də olsa məşğul olsanız, özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.
Araşdırmalar göstərib ki, sosial media insan psixologiyasına mənfi təsir göstərir. Sosial mediada daha çox vaxt keçirən insanlarda daha çox narahatlıq və stress olur. Buna görə də sosial mediadan istifadənizə bir müddət ara verə bilərsiniz.
Sərhədinizi çəkin
Sizi xoşbəxt edən və bədbəxt edən şeyləri düşünün və buna uyğun olaraq həyatınızda bir limit təyin edin.
Sizi pis hiss etdirən hadisələrə, işlərə vaxt ayırmaq psixologiyanıza daha çox ziyan vuracaq. Bunun üçün öz hüdudlarınız daxilində hərəkət edin və hər zaman özünüzə üstünlük verin.
Psixologiyanı pozan amillər
İnsan psixologiyasını pozan bir çox müxtəlif amillər var. Bunlardan bəziləri xarici faktorlara görə meydana gəldiyi halda, bəziləri tamamilə daxili problemlərə görə yaranır. Psixologiyamızı pozan əsas amillər bunlardır…
– Ümidsizlik
– İşsiz qalmaq narahatlığı
– Sevdiyin işi edə bilməmək
– Maliyyə narahatlıqları
– Ailə təzyiqi
– Etibarsızlıq
– Qeyri-müəyyənlik
– Dostlar dairəsi
– Sosial qütbləşmə
– Mükəmməllik
– Təklik