• 22 Noyabr 2024 20:49

Söyüş üstündə adam öldürmək – Ağamirzədən maraqlı reaksiya

Söyüş üstündə adam öldürmək - Ağamirzədən maraqlı reaksiya

Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu, keçmiş məhbus İskəndər Mehtiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, Rəşad Dağlı kimi tanınan Əmirov Rəşad Vaqif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin qaldırılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Məsələylə bağlı Yenisabah.az-a danışan tanınmış söz ustadı Ağamirzə Məmmədov xəbəri yeni eşitdiyini deyib:

“Mən bir-iki saat olar bu məsələdən xəbər tutmuşam. Nə deyim, vallah? Bilmirəm, bunların aralarında nə olub, nə olmayıb, heç bir məlumatım yoxdur. Elə uşaq özü xəbərləri mənim üçün sosial şəbəkələrdən oxuyur, ancaq elə xəbər tutmuşam. Özüm də bir balaca xəstəyəm, sistem köçürdürəm. Nə deyim? Allah ölənə rəhmət etsin, Rəşada Allah kömək olsun.

Özümə də bir balaca soyuq dəyib, rayondaydım, yaman soyuqlamışam deyə heç nədən xəbərim olmayıb”.

“Söyüş üstündə adam qətlə yetimək nə dərəcədə düzgündür” sualına isə Ağamirzə belə cavab verib:

“Bilirsiniz, vallah, bu elə bir məsələdir ki, gərək, səbrli olasan. O da baxır söyüşün variantlarına. Yenə də Allaha sığınıb səbrli olmaq lazım idi”.

Tacxeber.com

Oxşar xəbərlər