• 22 Noyabr 2024 22:42

Alen Delon sevgi haqqında nə demişdi?

Alen Delon

Alen Delon sevgi haqqında nə demişdi?

Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynlərinə görə taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz valideynləri ayrıldılar, Alen Delon isə pansiona verildi.

Pansiondan sonra daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O, orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.

Image result for alain delon child

1956-cı ildə Alen Delon hərb ilə üzülüşdü və Parisə dönərək yaxın dostlarından biri ilə kirayə ev tutdu. Özünə bəyəndiyi bir iş tapa bilmədiyi üçün fərqinə varmadan hər bir sahədə çalışmağa başladı: qəzet payladı, ofisiantlıqla məşğul oldu. Amma belə demək mümkünsə, tale onun üçün başqa yol seçdi. Həyat onu Hollivud üçün gənc istedad “ovuna” çıxan Harri Uilsonla qarşılaşdırdı.

Kino mütəxəssisi gəncin daxilindəki aktyorluq istedadını hiss etdiyi üçün onu özü ilə aparmaq qərarına gəldi. Amma bundan ötrü Alendən üç ay ərzində ingilis dilini öyrənmək tələb olunurdu. Bu hadisədən xəbər tutan fransız rejissoru Alleqre onu filmlərindən birində ikinci dərəcəli rola dəvət etdi. Artıq bu gənc Alen üçün həyatın sürprizi, şansı idi və o, Amerikaya getməkdən vaz keçdi, “Qadınlar işə qarışanda” filmində qanqster obrazını yaratmaqla özünün kino karyerasına başladı.

1958-ci ildə onun oynadığı “Gözəl ol, sus” ekran əsəri tamaşaçılara təqdim edildi. Bu rollarda Alen şedevrə imza atmasa da tamaşaçıların rəğbətini qazana bildi. Elə bu rəğbətə görə də həmin il növbəti təklif özünü çox gözlətmədi. “Kristina” filmində çəkildi və uğur qazandı. “Zəif qadın”dan sonra Azərbaycan tamaşaçılarına da yaxşı məlum olan “Rokki və qardaşları”nda rol aldı. Yaratdığı rəngarəng obrazlar aktyoru tamaşaçıların sevimlisinə çevirdi. Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə “Kristina”da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı da. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu, baş tutmadı.

Image result for alen delon

Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmir. Ancaq məlumdur ki, Natali ilə olan evlilikdən Entoni adlı bir oğlu var. Qısa müddət ərzində məşhurlaşan gənc aktyor fransız kinosunun şedevri sayılan Jan Qabenin də diqqətini çəkdi.

Onların tanışlığı 1962-ci ildə ekranlaşdırılan “Zirzəmidən eşidilən melodiya” filmindən başladı və uzun müddət davam etdi. Həmin ekran əsəri qazandığı müvəffəqiyyətə görə “Qızıl qlobus” mükafatına təqdim olundu. 1964-cü ildə İspaniyada çəkilən “Qara zanbaq” filmi ilə Delon bir daha tamaşaçıların ürəyini fəth etdi. Bir il sonra Alen Hollivuda dəvət alır.

Aktyor burada bir neçə filmdə oynadı. Amma səmimiyyətlə demək olar ki, Alen Delonun Hollivuddakı filmlərini uğurlu alınmayıb. Bunu aktyorun özü də duyurdu. Bəlkə də elə buna görə də Alen yenidən vətəninə döndü və biri-birinin ardınca gözəl obrazlar yaratmağa nail oldu. Rober Enrikonun “Macəra axtaranlar” lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca “Samuray” və məşhur “Zorro” filmlərindəki oyunları ilə Alen bir daha sübut etdi ki, o, möhtəşəm aktyordur. O, ən yaxşı kişi roluna görə “Sezar” mükafatına da sahib olub.

Alen Delondan 10 sitat

Mənə 10 il lazım oldu ki, insanları sadəcə gözəl üzü olan yaraşıqlı biri olduğuma inandıra bilim. Mən bacardım.

Atlar insanlardan yaxşıdır. Onlar bütün hallarda yalan danışmırlar.

Mən istəyirəm ki, məni mənim sevdiyim kimi sevsinlər: qəlbimin bütün ehtirası ilə.

Kino peşəkarların məşğuliyyətidir. Hamının rejissor olmaq istədiyini görəndə utanıram. Ona görə də kinoda böhran yaşanır. Yaramaz, axmaq adamlar kinoya gələndə belə də olmalı idi.

Mən – Əqrəbəm, həssas təbiətim var, dalaşqan xarakterə malikəm. Mənim həyatımdakı xoşagəlməzliklər də elə burdan doğur.

Üç tip aktyor var: pis, yaxşı və dahi. Pislə bağlı hər şey aydındır, onlar bərbad oynayırlar. Yaxşılar yaxşı oynayır. Dahilər isə oynamır, onlar kamera qarşısında yaşayırlar.

Masadan qab-qacaq götürülməmiş, durmağı sevirəm.

Image result for alain delon love and women

Müharibə mənim bütün ümidlərimi və illüziyalarımı öldürdü. Müharibədə mən, sözün əsl mənasında, böyüdüm.

Özümdə hərdən slavyan temperamenti hiss edirəm. Bilmirəm bu hardan çıxıb? Bəlkə dostlarımdan, yaxud da sevdiyim qadından…

Mən öz fiziki görünüşümlə “Hovuz” filmi ekranlara çıxanda barışdım. Onda mənim 13 yaşım vardı. Onda mən qəfildən başa düşdüm ki, məndəki İsa yaşı, samuray ürəyi və qəhrəman-aşiq ruhu mənim bir aktyor kimi əsas ziddiyyətliliyim və üstünlüyümdü.

Tacxeber.com

Oxşar xəbərlər