• 25 Fevral 2024 03:50

Rəşad Dağlı amnistiyaya düşə bilərmi? – Vəkildən AÇIQLAMA

Rəşad Dağlı amnistiyaya düşə bilərmi? – Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib. O, ötən gün polislər tərəfindən saxlanılıb.

Meyxanaçının törətdiyi cinayətlə bağlı ilk məhkəmə iclasının bu gün baş tutacağı gözlənilir. Sosial şəbəkələrdə isə sözügedən şəxsin müəyyən müddət sonra amnistiya ilə azadlığa çıxa biləcəyi kimi fikirlər səsləndirilməkdədir.

Maraqlıdır, ağır cinayət törədən şəxs qısa müddət ərzində bağışlana bilərmi?

Məsələ ilə bağlı danışan vəkil Mehman Muradlı cinayət törədən şəxsin amnistiyaya düşməsi ilə əfv edilməsinin fərqli anlayışlar olduğunu deyib. Vəkil meyxanaçının amnistiya ilə azadlığa çıxa bilməyəcəyini bildirib:

“Amnistiya konkret maddələrə şamil edilən, böyük təhlükə törətməyən maddələrə aid olan anlayışdır. Bunu da Milli Məclis qəbul edir. Lakin 120-ci maddə ilə bağlı praktikada amnsitiya aktı ilə azadlığa çıxma faktı görülməyib. Bu maddə ilə yalnız 90-cı illərdə amnistiyaya düşmək olurdu. Bunun da səbəbi həmin dövrün müharibə illərinə təsadüf etməsi, amnistiyaya düşən şəxslərin döyüşə cəlb edilməsi idi.”

M.Muradlının sözlərinə görə, ağır cinayət törətmiş şəxs yalnız əfv vasitəsilə azadlığa çıxa bilər:

“Cəzasının yarısını çəkmiş ağır cinayət törədən şəxs əfv oluna bilər. Əfvlə bağlı Prezidentin humanist yanaşması var. Elə hal olub ki, bir ildə iki dəfə əfv məsləsinə baxılıb. Rəşad Dağlının törətdiyi cinayət ağır cinayət olduğu üçün o, cəzasının müəyyən hissəsini çəkdikdən sonra bağışlanmaq üçün müraciət edə bilər. Sonda qərarı isə Prezident verir”.

Tacxeber.com

Oxşar xəbərlər