• 23 Noyabr 2024 07:19

Rəşad Dağlı ifadə verdi: “Bıçaq onun əlində idi, alıb zərbə endirdim”

Xəbər verdiyimiz kimi, bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com xəbər verir ki, o, proses zamanı bu sözləri deyib:

“Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi.  Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.

Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı İsgəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Tacxeber.com

Oxşar xəbərlər