• 08 Sentyabr 2024 04:11

Tanınmış güneyli fəal və hüquqşünas həbs edildi

Ərdəbildə yaşayan Pərviz Siyabi Gürcani noyabrın 9-da saxlanılaraq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanına köçürülüb.

Tacxeber.com xəbər verir ki, bundan öncə Ərdəbil şəhər İnqilab Məhkəəməsi 73 yaşlı fəal barədə 16 il həbs cəzası versə də, Ərdəbil Apellyasiya Məhkəməsi işə yenidən baxıb və məhkumluq dövrünün 6 ilə endirilməsi barədə qərar çıxarıb.

O, “rejim əleyhinə olan media ilə əlaqə qurmaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində hakimiyyətin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikası quruluşuna qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Milli fəal habelə “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə virtual qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə qeyri-qanuni qruplaşmalara və dəstələrə üzv olmaq”da günahlandırılır.

Qeyd edək ki, Pərviz Siyabi 25 iyul 2021-ci ildə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər