Deputatlar üçün əlavə pul ayrılması təklif edildi Cəmiyyət 11 Noyabr 2022 12:16 201 “Deputatların ezamiyyət xərclərinə ayrılan vəsait azdır”. Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri deputatların ezamiyyət xərclərinə ayrılan vəsaitin artırılmasını təklif edib. “Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır”. Tacxeber.com