• 04 İyun 2025 11:53

Goranboyda hərbi maşın qəzaya düşdü: xəsarət alanlar var

 Goranboyda hərbi maşın qəzaya düşdü: xəsarət alanlar var
Paylaş

Goranboyda hərbçiləri daşıyan “QAZ-52” markalı avtomobil minik avtomobilinə çırpılıb, xəsarət alanlar var.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

“N” saylı hərbi hissəyə məxsus “QAZ-52” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı VAZ markalı avtomobillə çırpılıb.

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onlar yaxınlıqdakı şəxslərin və təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən hərbi hospitala aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər