Bakıda yataqxanada yanğın: 25 nəfər təxliyə olundu Hadisə 12 Noyabr 2022 23:35 202 PaylaşBakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.Bu barədə FHN-dən bildirilib.Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Tacxeber.com