• 27 İyul 2024 07:28

Bir nəfər aksiya iştirakçısı polis maşınına ziyan vurduğuna görə saxlanılıb – DİN

Noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır, deyə DİN-dən burğulayıblar.

Öz növbəsində, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov Turan-a bildirib ki, saxlanılan şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının üzvü Rövşən Məmmədovdur.

Eyni zamanda Hüquq müdafiəçisi vurğulayıb ki, Məmmədovun mitinqdə iştirakı və saxlanması ilə bağlı videogörüntü var və kadrlardan onun maşının şüşəsini sındırmadığı aydın görünür.

Əhmədov onu da qeyd edib ki, hüquq müdafiəçiləri noyabrın 11-i axşam saatlarına 139 saxlanılan aksiya iştirakçısının azadlığa buraxılması barədə məlumat əldə edə biliblər. (Turan)

Tacxeber.com

Oxşar xəbərlər