• 03 Yanvar 2025 09:44

“Deputat xaricdə çöldə qalmalıdır ki?!“ – Paşazadə

“Deputat xaricdə çöldə qalmalıdır ki?!“ - Paşazadə  “Əlbəttə, mən də istəyərdim ki, deputatların ezamiyyə xərcləri artırılsın. Parlament üzvlərinin xaricə səfər etməsi, işçi qrupların görüşməsi, parlamentlərarası memorandumların qəbul edilməsi, xarici ölkə parlametlərinin konfranslarında iştirak və s. – bütün bunların arxasında maliyyə dayanır”.

Tacxeber.com Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

O, deputat Səməd Seyidovun deputatların ezamiyyə xərclərinin artırılması ilə bağlı təklifinə münasibət bildirib:

“Maliyyə olmasa, xarici ölkələrə gediş-gəlişlərimiz, əlaqələrimiz azalar. Bizi istəməyən ölkələr haqqımızda bəzi məsələlər deyiblər. Onların həll edilməsinə çətinlik çəkirik… Bizi gözü götürməyən ölkələrin müxtəlif tribunlardan səsləndirdikləri iddialara cavab vermək üçün xarici ölkələrə səfərlərin əhəmiyyəti böyükdür. Təbii ki, ezamiyyə xərcləri artırılsa, daha yaxşı olar”.

C.Paşazadə təklifin büdcənin əhəmiyyətli hissəsinin deputatlara ayrılması məqsədilə irəli sürüldüyü barədə iddialara isə belə cavab verib: “Cəmiyyətimizdə çox gözəl insanlarımız var. Amma bəzi məsələlərə fikir bildirməkdə bir az tələsirlər. Üzərində yazılır ki, “ezamiyyə xərcləri”. Bunun maaşa aidiyyatı yoxdur. Deputata nə qədər vəsait ayrılıbsa, ona uyğun istifadə edəcək. Xarici ölkədə ya bir stəkan çay içəcək, ya geri qayıdacaq, ya bir-iki gecə qalacaq. Deputat xaricə gedib çöldə qalmalıdır ki?! Məsələn, xarici ölkələrdə bizi qəbul edirlər, görüşlər keçirilir, bizim üçün ziyafət təşkil edirlər. Bütün bunların hamısı xarici ölkələrdə olunursa, onlar bizə gələndə bunu etməsək, düzgündürmü? Olmaz axı. Biz də qonaq qəbul etməliyik. Onlar bizi necə qarşılayır, rəftar edirlərsə, biz də o cür etməliyik. Bir daha qeyd edirəm, ezamiyyə xərclərinin artırılmasının deputatın maaşına, ya deputatın özünə aidiyyatı yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər