• 03 Mart 2024 07:24

Kərim Vəliyev ABŞ-ın hərbi attaşesi ilə görüşdü

Kərim Vəliyev ABŞ-ın hərbi attaşesi ilə görüşdü

Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.

Məlumat Müdafiə Nazirliyindən verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tacxeber.com

Oxşar xəbərlər