Ukraynanın Xerson vilayətində komendant saatı tətbiq edilib.
Tacxeber.com xəbər verir ki, bu haqda teleqramda Xerson hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.
“Komendant saatı 17:00-dan 08:00-dək davam edəcək. Bu zaman yerli sakinlərin küçələrdə və digər ictimai yerlərdə olması qadağandır”, – Yanuşeviç bildirib.