Qəti olaraq bunun terror olduğunu desək, bəlkə də yanlış olar. Amma valinin bizə verdiyi məlumat əsasında ilkin qənaət burda terror qoxusunun olmasıdır.
Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 zirvəsinə yola düşərkən İstanbuldakı qanlı hadisə ilə bağlı mediaya açıqlamasında deyib.
“Bir qadının bu hadisədə rol oynadığı ilə bağlı ilk təsbitlər var. Hüquq-mühafizə orqanları və valiliyin kameraları incələmələri davam edir. Araşdırmalardan sonra nəticə ortaya çıxacaq”, – Ərdoğan bildirib.
Qeyd edək ki, İstiqlal prospektindəki partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər yaralanıb.