• 27 İyul 2024 07:19

İnternetdə qadınla tanış olan kişi əsir düşüb və çoxsaylı işgəncələrə məruz qalıb…

İnternetdə qadınla tanış olan kişi əsir düşüb və çoxsaylı işgəncələrə məruz qalıb...

İngiltərənin Havanta şəhər sakini (adı açıqlanmır) tanışlıq saytında qadınla tanış olub, amma romantika gözlədiyi yerdə dəhşətli əzablara düçar olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “120 su” nəşri məlumat yayıb.

Kapris Baddl bir neçə dəfə qadınla görüşüb və heç nədən şübhələnməyib.

Bundan sonra qadın onu evinə dəvət edib, orada biçarəni 25 yaşlı cinayətkar qadının ortağı Şon Perri gözləyib.

Kişi təkcə əsir düşməyib, həm də saatlarla fiziki, psixoloji və seksual zorakılığa məruz qalıb.

O cümlədən, kişi güclü döyülüb, həm də təkcə əllər və ayaqlarla deyil, taburetlə də döyülüb.

Bundan başqa, bədbəxt qurban təmizləyici mayeni içməyə məcbur edilib.

Bundan sonra kişinin pullarını və sənədlərini alıb, gözlərini bağlayıb, maşına əyləşdirib, bir müddər gedəndən sonra yolun kənarına atıblar.

Bir qədər keçəndən sonra bir az özünə gələn kişi dərhal polisə yollanıb.

Kapris elə həmin gün, Şon isə bir neçə gündən sonra saxlanılıb.

Qadın 10 il, ortağı isə 17 il həbs cəzası alıb.

Bu işi aparan detektiv Emili Dammer danışıb ki, qurbanın yaşadıqları izsiz ötüşməyəcək, lakin heç olmasa cinayətkarların öz alçaq hərəkətlərinə görə cəzalandırılmasından məmnun olmaq olar.

Tacxeber.com

Oxşar xəbərlər