• 06 Noyabr 2024 18:14

Mariya Zaxarova Baydeni ələ saldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kamboca ilə Kolumbiyanı səhv salan Co Baydeni ələ salıb.

Mariya Zaxarova öz “Telegram” kanalında ABŞ prezidenti Co Baydenin Kolumbiya ilə bağlı bəyanatını ələ salıb.

Zaxarova Bayden haqqında bunları yazıb:

“Görəsən, o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını ( ASEAN) Kolumbiya ölkəsi, Kolumbiyanın Amerika dairəsi, Şri-Lankanın Kolombo şəhəri və ya leytenant Kolombo olduğunumu düşünür?”

Bu gün Amerika lideri Kambocada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində olarkən tədbirin təşkilinə görə Kamboca əvəzinə səhvən Kolumbiyaya təşəkkür edib.

Xatırladaq ki, Co Bayden tezliklə 80 yaşını qeyd edəcək. Onun bir sıra hərəkətləri ABŞ liderinin əqli sarsıntılar yaşadığına dair müəyyən şübhələr yaradır. Lakin Ağ Ev onun səhhətində problem olduğunu təkzib edib.

Bir neçə gün bundan əvvəl Co Bayden onun doğulduğu tarixdən xeyli əvvəl vəfat edən alimlərlə danışdığını, oğlunun İraqda şəhid olduğunu demiş, Ukrayna ilə İraqı da səhv salmışdı. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər