• 27 İyul 2024 11:57

“MİT”dən Azərbaycanda ƏMƏLİYYAT: 6 il axtarılan FƏTO-çu ələ keçdi – VİDEO

Türkiyənin axtardığı FƏTO-çu Azərbaycanda ələ keçirilib.

Tacxeber.com  bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Məlumatda bildirilir ki, Uğur Dəmirok 2016-cı il 15 iyul gecəsi hərbi çevrilişə cəhddən sonra ölkəni tərk edib.

Bu illər ərzində Türkiyənin Milli İstihbarat Təşkilatı onun saxlanılması üçün axtarış elan edib. U. Demirok “silahlı qruplaşma yaratmaq və onu idarə etmək”də təqsirli bilinir.

Məlumata görə, U. Dəmirok MİT-in Azərbaycanda keçirdiyi əməliyyatla saxlanılaraq, Türkiyəyə təhvil verilib.

Oxşar xəbərlər