• 27 İyul 2024 11:35

Qadın sifətinin bir hissəsindən məhrum olub və əlində burnunu yetişdirib…

Qadın sifətinin bir hissəsindən məhrum olub və əlində burnunu yetişdirib...

“Belə əməliyyat ilk dəfədir ki, icra edilir, uğurla keçib, amma qadının yeni burnu ilə qoxuları hiss edəcəyi hələlik bəlli deyil…”

Həkimlər qadın pasiyentin əlində inkişaf edən burnunu sifətinə köçürüb

Fransanın Tuluza şəhər sakini xərçəngdən müalicə alandan sonra sifətinin bir hissəsindən məhrum olub, bundan sonra said nahiyəsində yeni burun yetişdirib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Star” nəşri yazıb.

Adı açıqlanmayan qadında burun boşluğunun xərçəngi diaqnozu qoyulub.

2013-cü ildə o, kimya və şüa müalicələri alıb. Əzablı müalicədən sonra fransız qadın sifətinin xeyli hissəsindən, o cümlədə burnundan məhrum olub.

Həkimlər bir neçə dəfə pasiyentin burnunu bərpa etmək istəyib, lakin uğursuzluqla üzləşib.

Qadın mütəxəssislərlə məsləhətləşib, nəticədə yeni üsuldan-müasir tibbi texnologiyalardan istifadə edərək, qadının əlində yeni burun yetişdirmək, sonra onu sifətinə köçürmək qərara alınıb.

Həkimlər 3D printerdə yeni burunun formasını yaradıb, biomaterial çap edib, sonradan pasiyentin said hissəsinə yerləşdirib.

Süni qığırdaq təbii qığırdağın bütün xassələri və formasına malikdir.

Mütəxəssislər fransız qadının gicgahından dəri transplantantı götürüb yeni burunun yaradılmasında istifadə edib.

Bundan sonra yeni burun iki ay ərzində qadının əlinddə inkişaf edib, daha sonra onu çıxarıb sifətinə köçürüblər.

Tuluza Universiteti və Klaudius Reqo İnstitutu xəstəxanasının boyun-üz cərrahları mürəkkəb texnologiyalardan istifadə edərək, əldəki qan damarlarını sifətin damarları ilə birləşdiriblər.

Əməliyyat uğurla keçib və pasiyent qadın yeni burun əldə edib. Bundan sonra o, üç həftə ərzində antibiotiklər qəbul edib.

Belə əməliyyat ilk dəfədir icra edilib. Hələlik, qadının yeni burnu ilə qoxuları hiss edəcəyi bəlli deyil.

Tacxeber.com

Oxşar xəbərlər