Şəbnəm Zauru tənqid etdi: “Reklam arasında dedi ki…”
Aparıcı Zaur Kamalın öz proqramında müğənni Şəbnəm Tovuzlunun qızı Günel və kürəkəninin fotosunu kameraya göstərməsi müğənninin xoşuna gəlməyib.
Tacxeber.com xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” proqramında danışıb:
“Qəfildən, heç istəmədən oldu. Reklam arasında dedi ki, ver onların şəklinə baxım. Efir başlayan kimi, nümayiş etdirdi. Heç sevmədim”.
Qeyd edək ki, Şəbnəmin qızının bu yaxınlarda “hə” mərasimi olub. İfaçı toyun bu ilin sonuna kimi olacağını söyləyib.