Şüyüd adətən Rusiyanın cənubunda, Aralıq dənizi və qərbi Afrika zonasında yetişir. Tərkibində müxtəlif faydalı maddələr toplanıb. Eyni zamanda A və C vitaminləri ilə zəngindir. Tacxeber.com sizə şüyüdün faydaları haqqında məlumatı təqdim edir:
Xolesterin: Aparılan elmi araşdırmalara görə, bu göyərtinin istifadəsi qanda xolesterinin yüksəlməsinin səviyyəsini azaldır. Alimlər onun tərkibinə ən yaxın olan alternativ variant üzərində işləyir.
Antioksidləşdiricilər: Şüyüd mikrob əleyhinə ən yaxşı vasitə hesab olunur. Dərman bitkisi kimi onun otu, toxumu, ondan alınan efir yağı da qiymətli müalicəvi təsirə malikdir.
Həzm problemləri: Şüyüd həmçinin həzm sistemini də tənzimləyir. Mədə ağrıları, mədədə və bağırsaqda yaranan sancıların aradan qaldırılmasında mühüm rol oynayır. Mədədə yaranan qazı stabilləşdirir, köpün ən optimal həll üsuludur. İstifadə zamanı isanlara dəyəcək heçbir mənfi tərəfi yoxdur. Bununla belə allergiyaya meyilli insanlar diqqətli olmalıdır.
Sümük sağlamlığı: Şüyüd kalsium baxımından da olduqca zəngindir. Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir, sümük əriməsinin qarşısını alır.
Yuxusuzluq: Şüyüdün tərkibində olan yağlar xüsusi özəlliyə malikdir. Yuxusuzluq ilkin olaraq baş ağrısı və digər simptomlarla özünü göstərir. Şüyüdün tərkibində B vitamininə də rast gəlinir. Bu isə əsəb sistemini möhkəmləndirir. O cümlədən yuxu problemini aradan qaldırır.
Ağız sağlamlığı: Şüyüdün toxumları və yarpaqları nəfəsinizi təravətli edəcək. Xeyirli ədviyyat ağız qoxusunun qarşısınımalan vasitələrədən biridir, şüyüd ağız içində olan mikropları məhv edir.
Onu da deyək ki, yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Təbabətdə şüyüdün toxumlarından ödqovucu, qıcıqlandırıcı işlətmə vasitəsi kimi istifadə edilir. Otundan hazırlanan cövhərindən hipertoniya xəstəliyində işlədilir. Tozundan və yaxud toxumundan hazırlanan ekstraktından iştahagətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn iltihablı yaraların müalicəsində istifadə olunur. Şüyüdün yağı mikrobu yerli dibli məhv edir. Cövhərindən isə ağız boşluğu dezinfeksiya edilir.
Şüyüd insan sağlamlığında mühüm rol oynayan C, B, B2, P, PP, fol turşusu, karotin, vitaminlərlə zəngindir. Bitkinin kimyəvi tərkibinin əsas hissəsini isə efir yağı təşkil edir. Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qaraciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəymədə, qarın ağrılarında, böyrək və sidik kisəsində olan daşların təmizlənməsində istifadə edirlər, şüyüdün toxumlarından alınan efir yağından iştahaçıcı, həzm sisteminin yaxşılaşdırılmasında, ödqovucu və sidikqovucu, köpmənin və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir.