• 09 Dekabr 2024 19:37

“Ukraynada hərbi əməliyyatlarda qış fasiləsi 6 ay çəkə bilər” – KİV

“Ukraynada hərbi əməliyyatlarda qış fasiləsi 6 ay çəkə bilər” - KİV

Qış hər iki tərəfdən Ukraynada hərbi hücumların səngiməsinə səbəb olacaq. Bu, altı aya qədər çəkə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Ağ evin yüksəkvəzifəli məmurlarının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurları Rusiya Prezidenti Vladimir Putinin tarixi Rusiya əraziləri kimi təsvir etməyə çalışdığı torpaqlarda daha çox ərazi ələ keçirmək ümidlərini puç etdiyinə görə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları “gələn ilə qədər dalana dirənəcək”.

Eyni zamanda, ABŞ rəsmilərinin fikrincə, Rusiyanın strateji əhəmiyyətə malik olan Xerson şəhərindən qoşunları çıxarmaq və Dnepr çayı boyunca yenidən yerləşdirmək qərarı qismən onların əsgərlərinin qışın gəlişi ilə bağlı maneələrə məruz qalacağı və təchizatının kəsiləcəyi ilə bağlı narahatlığa əsaslanıb.

“Qış fasiləsi yarım ilə qədər davam edə bilər. Noyabrın sonunda yağış və yumşaq torpaq hər iki ordunun hərəkətini ləngidəcək. Sonra havanın temperaturu aşağı düşəndə ​​və yer donanda tanklar və yük maşınları üçün hərəkət etmək daha asan olacaq. Lakin güclü qar yağıntısı və daha da soyuq hava ehtimalı zəif təchiz olunmuş Rusiya ordusu üçün hər hansı yeni hücumun başlamasını çətinləşdirə bilər”, – qəzet qeyd edib.

Bildirilib ki, “əsas hərbi əməliyyatlarda hava şəraiti ilə bağlı yaranan fasilə səbəbindən müharibə yeni mərhələyə keçəcək”.

“Rusiya çox güman ki, ukraynalıları terrorizə etmək üçün infrastruktura hücumlarını gücləndirəcək. Analitiklər bildirirlər ki, Ukrayna hətta Rusiya ərazisində belə cavab zərbələri endirə biləcəyini göstərmək üçün gizli kampaniyanı gücləndirə bilər”, – analitiklər bildirib.

Bayden administrasiyasının rəsmiləri qeyd ediblər ki, Ukraynaya müdafiə və hücum silahlarının tədarükünü bərpa etmək üçün qışın ləngiməsindən istifadə etmək vacibdir.

Hərbi analitiklərin fikrincə, gözlənilən fasilə zamanı hər iki tərəf də qoşunları yenidən hazırlayacaq və “fevralda yeni təkanlara hazırlaşacaq”./Report

Tacxeber.com

Oxşar xəbərlər