ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin şefi William Burns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtında görüşdülər.
CNN Int. kanalı ABŞ Təhlükəsizlik Şurasındakı mənbələrə istinadən iclasda nüvə riskləri və Rusiyada saxlanılan ABŞ vətəndaşlarının taleyi müzakirə olunduğu haqda qısa xəbər verdi.
Ancaq məncə, Burns və Narışkinin oturduqları masanın üzərinə böyük bir Ukrayna xəritəsi sərilmişdi. Hər ikisinin əlində qələm olduğunu ehtimal edirəm…