• 27 İyul 2024 04:00

Daha bir ölkədə dəhşətli partlayış – 35 yaralı – FOTO

Meksikada bazar meydanında dəhşətli partlayış baş verib. 

Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikanın Huehuetoka şəhərindəki bazarda təbii qaz partlayışı baş verib. Partlayış nəticəsində 6-sı uşaq olmaqla 29 nəfərin xəsarət aldığı bildirilir.

Vəziyyəti ağır olan yaralılardan ikisi rayondan helikopterlə xəstəxanaya çatdırılıb.

Partlayışın bazarda ərzaq satılan şöbəyə məxsus qaz balonunun sızması nəticəsində baş verdiyi ehtimal edilir və hadisə ilə bağlı istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər