• 22 Noyabr 2024 21:35

İranda türkmən tələbə işgəncə ilə öldürüldü

İranda türkmən tələbə işgəncə ilə öldürüldü

Tehranın Azad Universitetində oxuyan və Günbəd Kavus şəhərindən olan türkmən tələbə Nəvid Badpa həbs edildikdən sonra ağır işgəncələrə məruz qalaraq həyatını itirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.

Yaxınlarının bildirdiyinə görə, hökumət Nəvidin ölüm səbəbinin yol qəzası kimi göstərilməsi üçün onun ailəsinə təzyiq göstərir.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda son etiraz aksiyalarının başlamasından bu günə kimi 330 nəfər öldürülüb, 15 mindən çox insan isə həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər