• 27 İyul 2024 05:06

Xəzər sahillərində 131 suiti ölü tapılıb.

Xəzər sahillərində 131 suiti ölü tapılıbXəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü suiti tapılıb.

Bu barədə ölkənin Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib.

Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır.

Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. (gazeta.ru)

Tacxeber.com

Oxşar xəbərlər