• 02 Mart 2024 20:07

“Kimin yanındasınız? Hələ İran cəhənnəm, İran adı ilə kimin yanındasınız?”

“Kimin yanındasınız? Hələ İran cəhənnəm, İran adı ilə kimin yanındasınız?”

“Kimin yanındasınız? Hələ İran cəhənnəm, İran adı ilə kimin yanındasınız?”

“İranın düşmənçiliyi artıq göz qabağındadır. İndi İran adını həmişə bizə təbliğ eləməyə çalışan, nümunə gətirməyə çalışan vətən xainlərindən bir daha soruşmaq lazımdır. Kimin yanındasız?”

 

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, İrana müxtəlif səbəblər üçün gedən vətəndaşlarımızın “beyni yuyulur”. Onlar artıq ölkəyə qayıdanda xüsusi xidmət orqanının əlaltısına çevrilirlər:

 

“İranla bağlı dəfələrlə bizim də açıqlamamız olub ki, müxtəlif variantlarla o ölkəyə turistik, ibadət, təhsil adı ilə cəlb olunan insanlarımızın xeyli hissəsinin müxtəlif vasitələrlə “beyinləri yuyulur”, ya şantaj olunur. Beləliklə, onların İran xüsusi xidmət orqanları üçün işləməsini təmin edirlər və onlar ölkəmizə qayıdandan sonra istər din xadimi, istər hansısa bir sıravi vətəndaş olaraq ölkəmizə qarşı guya bir dinin maraqlarını, bir məzhəbin maraqlarını təmin etmə adı ilə xarici ölkənin xüsusi xidmət orqanının əlaltısına çevrilirlər. Onların bütün terminləri, ideologiyaları – hamısı məqsədyönlü şəkildə Azərbaycan dövlətinə qarşıdır. Onların xüsusi terminologiyası var: Şuşanı hüseynçilər azad eləyib, guya sionistlər Azərbaycanı idarə edirlər. Artıq anlamaq olur ki, hətta savadsız bir qadın belə küçə-küçə düşüb bir divara yazı yazarkən belə sionizmdən danışır. Amma faktiki olaraq, mahiyyətcə onun bu məsələnin mahiyyəti ilə bağlı heç bir bilgisi, yaxud da oxuduğu ədəbiyyat belə yoxdur. Bu o deməkdir ki, bu şəbəkə kifayət qədər Azərbaycanda, bir az da müvafiq vəzifədə olanların laqeydlik ucbatından xeyli genişlənib. DTX və DİN-də olan vətənpərvər insanlar hər halda bu məsələ ilə bağlı elə əvvəlcədən də mübarizə aparıblar. Amma gücləri yetən səviyyədə bunun axırına qədər gedib çıxa bilirlər. İndi isə bu siyasi iradə daha çox ortadadır. Ona görə də bu kimi addımlar atılır”.

 

Fazil Mustafa qeyd etdi ki, əvvəllər ən rəsmi qurumların belə başında İran xüsusi xidmət orqanları ilə bağlı olan şəxslər də vəzifədə olublar. Lakin əhəmiyyət verilmədiyi üçün indi onları müəyyən etmək çətinləşib. Onun sözlərinə görə, bu gün də sosial şəbəkədə İran lehinə paylaşımlar edən şəxslər hələ də müəyyən vəzifələrdə oturublar:

 

“Hətta əvvəllər ən rəsmi qurumların belə başında İran xüsusi xidmət orqanları ilə bağlı olan şəxslər də vəzifə daşıyıblar və bunlara da əhəmiyyət verilməyibdir. Yəni bu məsələlər olduqca ciddi məsələlərdir. Vaxtilə biz bu məsələləri qaldıranda bizə rəsmi məqamlarda oturan insanlar tərəfindən də cavablar verilirdi. İndinin özündə də sosial şəbəkədə müxtəlif İran lehinə paylaşımlar edən şəxslər hələ də müəyyən vəzifələrdə oturmaqdadırlar. Bu məhz şəbəkələşmiş fəaliyyətdən xəbər verir və bunu artıq müəyyən etmək də çətinləşir. Çünki dövlətin içində kök atmış qüvvələrə qarşı ən sərt formada davranış sərgilənməlidir. Təəssüf ki, buna müəyyən dərəcədə laqeyd yanaşan insanların səyi nəticəsində bu problemlər bizi bu gün daha da çətin vəziyyətə salır. Amma İranın düşmənçiliyi artıq göz qabağındadır. İndi İran adını həmişə bizə təbliğ eləməyə çalışan, nümunə gətirməyə çalışan vətən xainlərindən bir daha soruşmaq lazımdır. Kimin yanındasınız? Hələ İran cəhənnəm, İran adı ilə kimin yanındasınız? Zəngəzur dəhlizinə mane olan, Zəngəzur dəhlizinin gerçəkləşməsinə, türk yolunun açılmasına imkan verməyəcəyik deyən İranın yanındasınız? Cəhənnəm olun, gedin. Quma gedib orda gözünüzə, başınıza, üzünüzə qumu sürtün, orada yaşayın. O cəhalətin içində siz yaşamaq istəməyən iranlıları, İran qadınlarını görəndə heç olmasa onlardan müəyyən dərəcədə ləyaqətli yaşamağı öyrənməyi öyrənəcəksiniz. Lakin gec olacaq ,çünki bu Vətən sizi qəbul etməyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər