“Alfons nədir, kimsə mənim adımın yanına ad qoya bilməz, o yazını yazanı axtarıram…”


“İndi o yazını yazanı axtarıram, başım qarışıq idi, maraqlana bilmirdim”
“Toylar əvvəlki kimi olmasa da şükür ki, var. Əvvəl bu qədər oxuyan, müğənni yox idi axı! Ona görə də toylar bölüşdürülür. Yenə də min şükür, demək olar ki, hər gün toydayam. Bizdə qiymət də elə baha deyil. Nə yuxarıdır, nə də aşağı. Əsas odur ki, xalqın yadındayıq, bizi arayıb-axtarırlar, dəvət edirlər”
Bunu sözləri tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“Faytonçu Nazim toyların qiymətini qaldırmaq üçün maşınını dəyişib. Buna münasibətiniz necədir?” sualına isə Mənzurə Musayeva belə cavab verib.
“Nazim maşınını hələ indi bahalı edir? Vallah bilmirəm, mənim Nazimə çox böyük hörmətim var. Maşınını bahalı etməsə də elə Nazim Nazimdir. Mən belə şeylərə önəm verməmişəm. Maşınım da bahalı olub, gücüm nəyə çatıbsa alıb sürmüşəm. Olar şan şöhrət istəyirlər yaxşı edirlər. Qoy etsinlər. Yəqin ki, bu toy işi bunu tələb edir. Baxma, müştəri ilə danışırlar, toyu götür-qoy edirlər” deyə müğənni bildirib.
Müğənni şou-biznesdəki həmkarlarından da danışıb.
