• 22 Noyabr 2024 18:31

“Düşünürəm ki, Medvedyev çox içir…”-Rusiyanın keçmiş baş naziri

Rusiyalı müxalif siyasətçi, Rusiya Federasiyasının keçmiş baş naziri Mixail Kasyanov hesab edir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Vladimir Putini prezident postunda əvəzləmək istəyir və onun qalmaqallı bəyanatları yalnız bununla izah edilə bilər.

 

Moderator.az xəbər verir ki, Kasyanov bu fikri “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində ifadə edib.

 

“Bilirsiz, biz görürük ki, ciddi deqradasiya, tənəzzül gedir. Onun(D.Medvedyevin-S.L.) üçün heç bir məhdudiyyət, çərçivə yoxdur. Düşünürəm ki, onun əldə etmək istədiyi yeganə şey Putinə tam sədaqət nümayiş etdirmək və bildirməkdir ki, ondan sonra lider ola biləcək yeganə şəxsdir” – deyə müxalif siyasətçi təxmin edib.

Keçmiş hökumət başçısı əmindir ki, Medvedyev bilərəkdən “qırğı mövqeyi” nümayiş etdirir.

 

“O, bəyanatları ilə ən azı Putinin bəyəndiyi “qırğı” mövqeyini nümayiş etdirir. Amma sonra o, bunu Putinin dediyi vaxt düzəldə bilər. Düşünürəm ki, indi onun məqsədi budur”, – Kasyanov belə deyib.

 

Siyasətçi ilk prezidentlik müddətindən sonra Medvedyevin postunu tərk etmək istəmədiyi barədə məlumatı da təsdiqləyib.

 

“Doğrudan da o, getmək istəmirdi. Biz onun nə qədər iddialı, ambisiyalı və özündənrazı olduğunu bilirik. Və buna görə də bu vəziyyəti anlayırıq. Həqiqətən gülməlidir, sizinlə razıyam. İnsan normal ünsiyyət elementlərini itirib və bütün dünyaya qarşı müxtəlif xoşagəlməz ifadələr işlədir” – deyə keçmiş baş nazir bildirib.

 

O əlavə edib ki, Medvedyev “Putin elitasındakı əhval-ruhiyyənin göstəricisi, indikatorudur” və onun bəyanatlarının “dəyərli” olmasının yeganə səbəbi budur.

 

Qordon soruşub ki, “bu “indikator”un çox içməyi” doğrudurmu.

 

“Bilmirəm, amma mən də düşünürəm ki, bəli, çox içir. Gördüklərimizə və Moskvadan gələn müxtəlif məlumatlara əsasən onun belə problemlərii var”, – deyə cavabında Rusiyanın sabiq hökumət başçısı vurğulayıb.

 Tacxeber.com

Oxşar xəbərlər