• 23 Noyabr 2024 00:25

Erməni və gürcü oğrular arasında dava düşdü

İspaniyada erməni və gürcü oğrular arasında dava düşüb.

Tacxəbər.com verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.

Məlumata görə, gürcü qanuni oğru Geqi Svanın Barselonadakı evində keçirilən ad günü məclisində erməni qanuni oğru Artyom Sərkisyan (Artyom Saratovski) Ramaz Cinçaradzeni vurub.

Bildirilib ki, Cinçaradze həmin məclisdə Sərkisyana əl uzatmayıb. İlk tostu saxlayan erməni oğru Ramazdan buna aydınlıq gətirməsini istəyib və cavab gözləmədən ona zərbə endirib.

Qanuni oğru Edik Asatryan deyib ki, Cinçaradze səhv edib və Artyomdan üzr istəməlidir.

Tacxeber.com

Oxşar xəbərlər