Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumata verilib.
Bildirilib ki, Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi Rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti əməliyyat tədbirləri zamanı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evində baxış keçirilib. Baxış zaman orada gizlədilən ümumi çəkisi 500 qram olan narkotik vasitə – marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.