“İran gərək oturub əmmaməsini qabağına qoyub fikirləşsin…”
“Müharibə etmirik ki, İranla əlaqələri kəsək. İranın verdiyi notanın qarşılığında cavab notamızı verə bilərik. Xarici işlər nazirimiz Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışdı. Hər halda məsələləri qızışdırmaq yox, sakitləşdirmək lazımdır. İranı başa salmaq gərəkdir ki, səhv yoldadır. Əvvəl-axır İran bunu başa düşəcək. İranla müştərək mədəniyyətimiz, tariximiz, poeziyamız və musiqimizin yaxınlığı var. “İran” deyəndə farsı demirəm, ümumiyyətlə deyirəm. Düşmənçilik onlara da, bizə də baha başa gələ bilər. İki qonşu niyə düşmən olsun ki? 40 milyondan artıq orda Azərbaycan türkü yaşayır. Buna görə də bizə düşmənçilik etmək İrana başağrısı ola bilər”.