• 23 Noyabr 2024 07:12

“Mən ölməyi gözə almışdım, Talat öldürməyi gözə ala bilmədi”.

Türkiyədə 1960-cı il mayın 27-də baş verən hərbi çevrilişdən ilyarım sonra. 1961-ci il oktyabrın 15-də parlament seçkiləri keçirildi və İsmet İnönünün rəhbərliyi altında Türkiyə tarixinin ilk koalisyon hökuməti quruldu.

 

Amma hərbçilərin bəziləri hakimiyyətin mülki şəxslərə belə tez verilməsindən narazı idilər. Onlar hesab edirdilər ki, hərbi hakimiyyət hələ bir müddət davam etməli, ölkənin ehtiyac duyduğu islahatlar keçirilməli, bundan sonra hakimiyyət verilməli idi.

 

Həmin narazılar 1962-ci il fevralın 22-də albay (polkovnik) Talat Aydemirin rəhbərliyi altında çevrilişə cəhd etdilər. Ankarada yerləşən hərbi hissələrin çoxu qiyamçılara tərəf çıxdı. Parlament binası mühasirəyə alındı. İsmət İnönü prezident iqamətgahı olan Çankaya köşkünə sığındı, amma buranın mühafizəsinə rəhbərlik edən Fethi Gürcan da Aydemirin adamı çıxdı.

 

Hökumət Ankara yaxınlığındakı Çubuk və Polatlıdan hərbi hissələr çağırdı. O hissələr də Ankaraya çatandan sonra Talat Aydemirə tabe olduqlarını bildirdilər. Paytaxtda qiyamçıların sayı 18 minə çatırdı. Hökumətin tərəfində isə yalnız hərbi-hava qüvvələri qalmışdı ki, onlar da çevriliş kimi hallarda çox da effektli olmurlar.

 

Amma bütün bunlara baxmayaraq, İnönü çevrilişə imkan vermədi və hakimiyyətini qorudu (detallarını məqalədə yazacam). Partiya üzvlərindən birinin bunu necə bacarması haqqında sualına İsmet paşa belə cavab verdi: “Mən ölməyi gözə almışdım, Talat öldürməyi gözə ala bilmədi”.

 

Qiyamçı polkovniklərlə ancaq belə davranmaq lazımdır.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər