Qarabağdakı qanunsuz erməni döyüşçüləri: Öldürməli, yoxsa əsir götürməli?
“Birincisi, mən bu informasiyaya inanmıram və bu yalan məlumatdır ki, guya orada qondarma rejimin 20 min əsgəri var. İlk növbədə, Qarabağın özündə vur-tut 30 min Azərbaycan vətəndaşı olan erməni əsilli şəxs yaşayar, ya yox. Onların böyük əksəriyyəti də yaşlı adamlardır. Bu nöqteyi-nəzərdən separatçıların bölgədə 20 minlik hərbi kontingentinin olmasına, ümumiyyətlə, inanmıram”.
Üçüncüsü də ki, bu məsələ üçtərəfli 10 noyabr 2020 anlaşması nəticəsində baş verib və ortada məlum bəyanat var. Bu bəyanata Azərbaycan imza atıb və Rusiya ilə müəyyən anlaşmalar olub. Ona görə də Azərbaycanın anlaşmanı pozan hansısa hərəkət edəcəyi mənə real gəlmir”, – deyib.
Müsahibizimin sözlərinə görə, dördüncü variant isə o, ola bilər ki, Fərrux əməliyyatı tipli qısamüddətli hansısa bir toqquşma baş versin:
“Bunu da mən ciddi hesab etmirəm. Çünki bu, Qarabağın tamamilə geri qaytarılması, Laçın dəhlizinin bağlanması və s. anlama gəlməyəcək. Əgər bu olsa, – hansı ki, olma ehtimalı var – 2 effekt verəcək: bir, bu, o olacaq ki, Qarabağda yaşayan ermənilərin çoxu yenidən bölgədən çıxıb gedə bilərlər, çünki son əməliyyatlarda onların gözləri qorxmuşdu və bölgənin perspektivinə inanmayıb, getmişdilər. Ola bilsin ki, indi də 2-3 min adam qaçıb gedə bilər; iki, bu əməliyyatların nəticəsində Paşinyan iqtidarının dayaqları zəiflədiləcək”.
“Lakin fikrimcə, bunun bizim üçün müsbət və əl ilə tutulacaq bir nəticəsi olmayacaq. Amma bir mənfi nəticəsi o ola bilər ki, bizi aqressor kimi olmasa da, aqressiv bir ölkə və Qarabağda ermənilərlə anlaşmaq istəməyən bir tərəf kimi gündəmə gətirə bilərlər. Yəni bu əməliyyatı keçirsək, bunlara da yol açmış olacağıq”, – yekunlaşdırıb. (Yenisabah.az)