• 23 Noyabr 2024 07:46

Qaynadılmış suyu ikinci dəfə qaynatmaq zərərlidirmi?

Qaynadılmış suyu ikinci dəfə qaynatmaq zərərlidirmi?

Çaydanda bir dəfə qaynadılmış suyu yenidən qaynatmaq olarmı? Adətən çox insanlar belə edir. Çaydanı dəfələrlə ocağa qoyub suyu qaynadır.

Və ya qaynanmış suyu yüksək dərəcədə qızdırmaq olarmı?

Tacxeber.com xəbər verir ki, Çin alimləri yeni tədqiqatları ilə suyu bir neçə qaynatmağın nə qədər təhlükəsiz olub-olmadığını yoxlayıb.

Eksperiment zamanı kran suyunu bir gün ərzində bir neçə dəfə qaynadıblar, qaynama müddəti də bir qədər çox olub.

Sonra həmin suda hər qaynamada baş verən dəyişiklikləri analiz ediblər.

Nəticələr göstərib ki, çiy kran suyu əvvəlki kimi təhlükəsiz və istifadəyə yararlı qalır.

Əgər su sanitar normalara uyğundursa qaynadıldıqca onda heç bir zərərli dəyişiklik, çöküntü olmur.

Burda hər şey suyun tərkibindən asılıdır. Sular mənbəyinə görə mineral tərkibi və dadı ilə fərqlənir.

Dəfələrlə qaynadılma suyun dadında bir qədər dəyişiklik yarada bilər.

Statistikaya əsasən isə, ölkələrdə 30% əhali keyfiyyətsiz içməli sudan istifadə edir.

Tacxeber.com

Oxşar xəbərlər