• 27 İyul 2024 08:20

Rəşad Dağlının adından dələduzluq

Rəşad Dağlının adından dələduzluq

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.

Axşam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib. Hətta ifaçının oğlunun adından TikTok-da profil açılaraq, yardım istənilib.

Meyxanaçının vəkili məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Rəşad Dağlının ailəsi belə bir addım atmayıb və onların yardıma ehtiyacı yoxdur.

Meyxanaçının sənət dostları da bununla bağlı paylaşım edərək, TikTok-dakı profilin saxta olduğunu, Rəşadın ailəsinin belə bir addım atmadığını yazıblar.

Onu da qeyd edək ki, meyxanaçı Aqşin Fateh ötən gün video paylaşaraq Gürcüstanda yaşayan azərbaycanlıların Rəşad Dağlı üçün 10 min dollar göndərdiyini deyib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər