Rusiyada qismən səfərbərlik çərçivəsində çağırılanlara Ukrayna Silahlı Qüvvələrinin texnikasının məhv edilməsi və ələ keçirilməsi üçün pul mükafatı vəd edilib.
Tacxeber.comPublika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı məlumat yayıb.
Telekanal hərbçilərə hansı ödənişlərin ediləcəyini göstərən cədvəl dərc edib.
Siyahıda Ukrayna texnikasının məhv edilməsi üçün təşviq olunan məbləğlər belə sadalanır:
təyyarə – 300 min rubl.
vertolyot – 200 min rubl.
tank – 100 min rubl.
pilotsuz uçuş aparatı – 50 min rubl.
Zirehli transportyor (rusca BTR), özüyeriyən artilleriya qurğusu, S-300 sistemi, “Buk”, “Tor” sistemləri və ya reaktiv yaylım atəş sistemi döyüş maşını – hər biri 50 min rubl.
Telekanal bildirir ki, Ukraynanın şəxsi heyətinin məhv edilməsi və ya digər tapşırıqlar üçün ayrı-ayrı ödənişlər də mümkündür.