• 27 Dekabr 2024 01:55

“Türkiyədəki terrorun sifarişi ABŞ-dan gəlib” – Doğu Perincek

“Türkiyədəki terrorun sifarişi ABŞ-dan gəlib” - Doğu Perincek

“Terrorçular Türkiyədəki terror aktlarının sifarişini ABŞ-dan alıb”.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin solçu Vətən Partiyasının sədri Doğu Perincek məlumat verib.

“Hücumun arxasında duran qüvvə aydındır. Hansı terror təşkilatının tətiyi çəkməsinin fərqi yoxdur, əmri ABŞ verir”, – deyə siyasətçi bildirib.

Perinçək qeyd edib ki, PKK, FETÖ (Fətullah Gülənin təşkilatı), İD (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunan təşkilat) və bu kimi təşkilatlar tamamilə Vaşinqtondan idarə olunur.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun ən məşhur küçələrindən olan İstiqlalda partlayış olub. Türkiyə hakimiyyəti İstanbulda baş verən partlayışı terror aktı adlandırıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Partlayışı PKK ilə əlaqəli Suriya vətəndaşı olan qadının törətdiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər