• 23 Noyabr 2024 07:50

“Fransa düşmən dövlət elan edilməlidir” – Tahir Kərimli

“Fransa düşmən dövlət elan edilməlidir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Milli Məclisin Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı hazırladığımız bəyanat ciddi olmalı və güzəştə gedilməməlidir” – deputat vurğulayıb.

O qeyd edib ki, fransızlar tarix boyu çoxlu qan töküb:

“Düşmən necə olur?! Hesab edirəm ki, Fransa əsl düşməndir. Ona görə də Fransa düşmən dövlət elan edilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər