Mövqelər darmadağın, batalyonun isə 50 faizi məhv edildi – Ruslara öldürücü zərbə
Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya ordusunun mövqelərinə 14 zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 11 ərazi, eləcə də işğalçı ordunun zenit-raket komplekslərinin üç mövqeyi vurulub.
Mayorsk rayonundakı döyüşlərdən sonra Rusiyanın 1-ci “Xarliv” batalyonu həlak olan və yaralanan şəxsi heyətinin 50 faizindən çoxunu itirib.
Baş Qərargahın məlumatında deyilir ki, hərbi əməliyyatlar zamanı ciddi itkilərə görə Donetsk və Luqansk vilayətlərində işğalçı qüvvələrin bölmələrində fərarilik halları artıb, mənəvi-psixoloji vəziyyət xeyli pisləşib. Bildirilir ki, komandanlıq sözügedən bölməni ləğv edərək, yerdə qalan şəxsi heyət digər hərbi hissələr arasında bölüşdürüb.
Rusiya Ukraynaya qarşı müharibədə 82 080 canlı qüvvəsini itirib. (Teleqraf)
Tacxeber.com