NATO Baş katibindən Polşaya atılan raketlə bağlı KRİTİK AÇIQLAMA: “Günahkar…” Siyasət 16 Noyabr 2022 17:24 168 Paylaş“NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”.Tacxeber.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.O deyib ki, ilkin məlumatalara görə, bu hadisə Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.“Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, – Baş katib söyləyib.O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: “NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”.Tacxeber.com