• 27 İyul 2024 06:59

“NATO ölkəsi elə pis qorunur ki, onun başına hər kəs nə ilə istəsə, vura bilər…” -Simonyan sevindi

“NATO ölkəsi elə pis qorunur ki, bütün NATO onu kimin, nə ilə və niyə vurduğunu belə, bilmir…”-Simonyan sevindi
Noyabrın 15-də axşam saatlarında rusiyalı təbliğatçı Marqarita Simonyan “Tvitter”-də Polşaya Rusiya raketi düşməsi ilə bağlı silsilə mesajlar yerləşdirib.
Tacxeber.com bu haqda “GORDON”a istinadla xəbər verir.
“Deməli, artıq Polşanın da öz Belqorod vilayəti var. Bəs siz nə gözləyirdiniz?”- deyə erməni təbliğatçı məkrlə bildirib.
Sonra o, Kuba raket böhranına işarə edərək “Sabahın xeyir, 1962-ci il” – deyə yazıb.
Putin təbliğatçısı həmçinin NATO-nun hava hücumundan müdafiə sisteminin hava hücumu təhdidləri ilə mübarizə qabiliyyətini şübhə altına alıb.
“Əgər bu qəsdən təxribat deyilsə, deməli, yalnız bir yaxşı xəbər var:
NATO ölkəsi o qədər pis qorunur ki, onun başına təsadüfən hər kəs nə ilə istəsə vura bilər. Və bütün NATO da onu kimin, nə ilə və niyə vurduğunu belə, bilməyəcək”, – deyə Simonyan əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər