• 27 İyul 2024 11:40

SSRİ Polşa 16:1

 

8 aprel 1976, hokkey üzrə dünya çempionatının ilk turu.SSRİ və Polşa komandaları qarşılaşırlar. Oyun sovet hokkeyçiləri üçün uğursuz keçir. İki ay öncə qış olimpiadasında 16:1 hesabı ilə qalib gəldikləri polyaklara 4:6 hesabı ilə uduzurlar.

Sovet yığmasının ən gözlənilməz məğlubiyyəti sayılan bu oyunda Polşanın qollarının üçünü Yobçik soyadlı oyunçu vurur (hokkey tarixində SSRİ-yə qarşı ilk het-trik). Oyunu şərh edən məşhur şəhçi Nikolay Ozerov rus dilində heç də ədəbli səslənməyən bu soyadı necə tələffüz edəcəyini bilmir.

Deyilənlərə görə, Yobçik özünün birinci (komandanın üçüncü) qolunu vuranda Ozerov burnunun altında nəsə anlaşılmaz bir şey deyir. İkinci qolu (komandanın beşinci qolunu) vuranda Ozerov Jopçik deyir, amma, tərslikdən, bu da rus dilində normal səslənmir. Nəhayət, Yobçik özünün və komandasının son qolunu vuranda, Ozerov “yenə də bu 8 nömrə” deməklə vəziyyətdən çıxır.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər