• 22 Noyabr 2024 18:09

Xəyal idi gerçək oldu, kosmosun fəthində yeni səhifə açıldı. VİDEO

Mütərəqqi Dünya 50 il Sonra Aya Geri Dönür.
“İzqoy”larsa Dünyanı Nüvə Silahı ilə Təhdid Edir.

Bu gün Floridadakı Cape Canaverel-də yerləşən Kennedy Kosmik Mərkəzindən qalxan raket insanoğlunun 50 il sonra Aya qayıdışı olaraq qəbul edilir.
Tarixi bir gündür.
NASA-nın sifarişi ilə Boeing korporasiyası tərəfindən hazırlanmış SLS reaktiv daşıyıcısı hazırda dünyanın ən güclüsüdür. Əsas versiyada bu raket 95 ton faydalı yükü orbitə çıxarmağa qadirdir. Atıcı daşıyıcının perspektivli modifikasiyası daşıma qabiliyyətinin 130 tona qədər artırılmasını təmin etməlidir.
SLS meqaraketi Orion kapsulunu orbitə çıxararaq, Aya getmək arzusunda daha bir nəhəng addım atmış olacaq. SLS-Orion kosmik gəmisi Ay ətrafında altı həftəlik ekipajsız sınaq uçuşunu həyata keçirdikdən sonra Yerə qayıdacaq.
Missiya Artemis1 adlanır.
Artemis (Artemida) qədim yunan mifologiyasında Ay Tanrısıdır (onun qardaşı Apollon isə Günəşi təcəssüm edir). Apollon amerikalıların Aya ilk uçuş proqramının adı idi. 1960-70-ci illərdə Apollon missiyalarında Aya ancaq kişi astronavtların ayağı dəymişdi.
50 il sonra isı Amerika Aya ilk olaraq qadın endirməyi planlayır. Missiyanın adını qadın ismi olan Artemis qoymaqla NASA diqqətləri buna cəlb edir.
2019-cu ilin martında Donald Tramp NASA qarşısında amerikan astronavtlarının Aya qayıdış vəzifəsi qoydu.
İddialı proqram 10 ilə yayılıb.
Bu illər ərzində Yerdəki kosmodromlardan 37 uçuş, astronavtların Aya 5 enişi və Ayda qalıcı bazanın inşa edilməsi planlaşdırılır.
Artemis missiyası nəhayi hədəfi Ayda daimi fəaliyyət göstərəcək astronavtların məskunlaşacağı baza yaradıb, oradan da 2030-cu ildə Marsın fəthinə start verməkdir.

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər