Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib
Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.
Bu barədə “Report”a Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.
Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.